loading...
loading...
Sayta daxil ol
İlham Əliyev: "Heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz"
Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik, maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz də ola bilməz. Bu, aksiomdur. Çünki əgər o təşkilatın üzvü deyiliksə, biz hansısa öhdəliyi necə götürə bilərik?! Heç bir təşkilat, heç bir beynəlxalq təşkilat bizə qarşı hansısa şərt qoya bilməz. Çünki bu qəbuledilməzdir. Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən şəxsən öz fikirlərimi çox açıq şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu yanaşma yaraşır. Çünki başqa cür ola bilməz. Biz heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 53-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 53-cü kitabındakı materiallar 2012-ci ilin sentyabr ayından oktyabradək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Parisdə Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in üzvü olan iş adamları ilə görüşü haqqında informasiya ilə başlanır.
Nəşrdə dövlətimizin başçısının Fransaya işgüzar səfəri, habelə Özbəkistan Prezidentinin, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlmiş Türkiyə, İran, Tacikistan və Pakistanın dövlət və hökumət başçıları ilə görüşünə dair materiallar toplanıb.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Çin, Rusiya, Latviya, Estoniya, Bolqarıstan, İtaliya, Yunanıstan, Argentina, Uruqvay, Meksika, ABŞ və digər dövlətlərin, ISESCO, Dünya Bankı və digər təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirakına, “Körpülərin salınması” beynəlxalq konfransın iştirakçıları ilə görüşünə dair materiallar daxil olunub.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqi, Tərtər, Bərdə, Yevlax, Zərdab, Saatlı, Beyləqan, İmişli rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, respublikada təhsil, səhiyyə müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cilddə yer alıb. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xarici siyasəti, iqtisadi potensialın möhkəmlənməsi, şaxələndirilmiş iqtisadiyyatın uğurlu nəticələri, enerji və qeyri-neft sektorunun inkişafı, gənclər arasında milli mənəvi dəyərlərin təbliği və gənclər tərəfindən qaldırılan məsələlərə diqqətlə yanaşılması haqqında nitqləri, çıxışları əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 53-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
loading...



loading...
Reklam
loading...
Xəbər lenti
- 22-04-2018Yolda təəccübləndirən görüntü - VİDEO - FOTO
- 22-04-2018İntihar baş verən 28 May metrosundan görüntülər yayıldı - VİDEO
- 22-04-2018Prezidentin sərəncamları hansı iqtisadi dəyişikliklərə səbəb olacaq? – Ekspert rəyləri
- 22-04-2018Sabirabadda 26 yaşlı gənc bıçaqlandı
- 22-04-2018"Beşiktaş"ın prezidenti müjdəni verdi: "Azərbaycan millisi ilə oyun keçirəcəyik və..."
- 21-04-2018Eyni gündə həm nişanlandı, həm də ərə getdi - FOTO
- 21-04-2018AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20-04-2018Azərbaycanda 18 yaşlı gənc itkin düşdü - FOTO
- 20-04-2018Ayseli qucağına aldığına görə Sərxanı təhqir etdilər, əsəbiləşdi: "Qeyrətsiz..."
- 20-04-2018Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay - VİDEO - FOTO
- 20-04-2018Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: hər gün zorla...
- 20-04-2018Masallıda gənc oğlan intihar etdi
- 18-04-2018İki qadını zorlayan kişini timsahlara atdılar — qorxunc VİDEO
- 18-04-2018Azərbaycan məktəbində daha bir BİABIRÇILIQ - Müəllim süpürgəçini zorlayıb videosunu yaydı
- 18-04-2018Polis gənc qızı yerdə sürüdü, sonra maşına mindirdi - VİDEO
- 18-04-2018РЕЖИССЕР УМИД АМИН О СОЦСЕТЯХ. СОЦСЕТИ ХУЖЕ ЧЕМ НАРКОМАНИЯ
- 17-04-2018İcra nümayəndəliyinin binasında qumbara həyəcanı - FOTOLAR
- 17-04-201868 yaşlı idmançı gənc sevgilisi ilə cinsi əlaqə zamanı iflic oldu
- 17-04-2018Sarkisyan Ermənistanın baş naziri oldu
- 17-04-2018Gecələr ortaya çıxıb, itləri öldürən bu "varlıq" insanları vahiməyə saldı - VİDEO
- 17-04-2018Nazənin qardaşının yasından video paylaşdı, bu hərəkətinə görə qınandı - VİDEO
- 17-04-2018Arvad ərini elə səbəbdən məhkəməyə verdi ki... - Hakim ŞOKA DÜŞDÜ
- 17-04-2018Bakıda çörəyin içərisindən görün nə çıxdı - FOTOLAR
- 17-04-2018Bakıda çörəyin içərisindən görün nə çıxdı - FOTOLAR
- 16-04-2018Mətanət efirdə Teymur əmini öpdü - VİDEO
- 16-04-2018Müğənni Xatun "Pulsuz kişi ilə sevgili ola bilmərəm"
- 16-04-2018Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
- 16-04-2018Azərbaycanlı aparıcı alt paltarsız efirə çıxdı - Geyimi onu pis vəziyyətdə qoydu - FOTO
- 15-04-2018"Gülnarəyə telefon və nömrə alıb verdim, dedim ərindən boşanma"
- 15-04-2018Elm dünyasının yeni Enşteyni – 23 yaşlı Sabrina
- 14-04-2018Bakı metrosunda cibgir saxlanıldı
- 14-04-2018Belaruslu məşqçi: Avropa çempionatında şərait çox gözəldir
- 14-04-2018Məşhur aparıcı Zaur Baxşaliyev canlı efirdə keçi kimi mələdi - VİDEO
- 14-04-2018Bakıda sürücüləri döyən dəstə saxlanıldı
- 14-04-2018Anasının sevgilisi tərəfindən zorlanan 12 yaşlı qız haqda bu sözlər eşidənləri şok etdi
Çox oxunanlar
Reklam